Logotype

1933-cü ildən çıxır

Xəbərlər

05.10.2020

Şirin candan keçənlər...

Sentyabrın 27-də Ermənistan hərbi birləşmələrinin hücumunun qarşısını alaraq əks-hücuma keçən Azərbaycan Ordusu ard-arda inamlı qələbələr qazanır.
Müqaviməti qırılan düşmən qüvvələrində hökm sürən pərakəndəlik, başıpozuqluq onların məhvi ilə nəticələnir. Həm canlı qüvvə, həm də çoxlu sayda döyüş texnikasını itirən Ermənistanın və qondarma “DQR”-nın gücü tükəndiyindən onlar namərd xislətlərinə yenə də sadiq qalaraq mülki əhalini, cəbhədən uzaq yaşayış məntəqələrini atəşə tuturlar. Azərbaycanın torpaqlarının işğaldan azad edilməsi üçün göstərdiyi qətiyyətlə bərabər, ordunun idarə edilməsi, arxa cəbhədə güclü təşkilatçılıq qələbəni qaçılmaz edir.

Ölkəmizdə komendant saatının tətbiq edilməsi və nəzarətin Daxili İşlər Nazirliyinə həvaləsi polisin, eləcə də DİN Daxili Qoşunlarının üzərinə daha böyük məsuliyyət qoydu. Çünki söhbət həm də Vətənin təhlükəsizliyindən, ərazi bütövlüyünün bərpasından gedir...
Arxa cəbhədəki bütövlük, inam ön cəbhədə döyüşən əsgərimizin əzmlə irəliləməsinə zəmin yaradır. Torpaqlarımızın hər qarışının azad edilməsi uğrunda qızğın döyüşlər gedir. Döyüş itkisiz olmur, şəhidlərimiz var. Hərb tariximizdə öz yeri olan DİN Daxili Qoşunlarının şəxsi heyəti də bu haqq müharibəsində igidlik və rəşadət göstərir. Uğurlarımıza sevinirik, itkilərimizə isə kədərlənirik. Vətən uğrunda döyüşlərdə DQ-nin hərbi qulluqçuları da şəhidlik zirvəsinə ucaldılar.
Həsən Abdullayev (Biləsuvar), Elnur Bağırov (Cəlilabad), Sərxan Abdullayev (Qazax), Ruslan Qurbanov(Biləsuvar), Tural Abdullayev (Sabunçu rayonu) və Mais Səmədov (Xaçmaz rayonu) adlarını Azərbaycan Tarixinə yazdılar.
İyirmi səkkiz illik döyüş və xidmət yolu keçmiş DİN Daxili Qoşunları şəxsi heyəti dünən olduğu kimi, bu gün də üzərinə düşən görəvi inamla icra edir. Onlar döyüş ruhu ilə Qələbə uğrunda düşməni məhv etməyə hər an hazırdırlar.


Ruslan Vəliyev,
polis leytenantı

 

Geriyə Çap et


Faydalı keçidlər
Linklər