Logotype

1933-cü ildən çıxır

Xəbərlər

01.10.2020

Vətənə xidmətdə yaş məhdudiyyəti yoxdur...

Xalqımız ta bineyi-qədimdən yaşlılara, ahıllara böyük hörmətlə yanaşıb və onların tövsiyələrindən yararlanmağa çalışıb. “Keçmişinə dəyər verməyən xalqın gələcəyi olmaz”,- deyib müdriklərimiz. Mental dəyərlərimizdən irəli gələn bir xüsusiyyətimizi - ağsaqqallara, ağbirçəklərə ehtiramımızı bu gün də qoruyub-saxlayır və gələcək nəsillərə ərməğan edirik. Onlar canlı tarix, həyat təcrübələri isə sözün əsl mənasında sərvətdir.

BMT-nin Baş Məclisinin Ahılların Müdafiəsi ilə bağlı 1992-ci ildə qəbul etdiyi Qətnamənin prinsiplərinə uyğun olaraq, hər il oktyabrın 1-i "Beynəlxalq Ahıllar günü" kimi qeyd olunur.
Yeri gəlmişkən, 2001-ci il iyunun 22-də ölkəmizdə “Ahıllara sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Qanuna əsasən, 70 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşları, habelə Azərbaycan Respublikasında daimi yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslər ahıl sayılır.
Ulu öndərin ali hakimiyyətə qayıdışından sonra, Azərbaycanda “Beynəlxalq Ahıllar günü”nün qeyd olunması geniş vüsət aldı.

Uzun illər daxili işlər orqanlarında ömrünü, gününü çətin və şərəfli peşəyə həsr edərək ləyaqətlə çalışanlar təqaüdə çıxsalar da bu gün də bizimlədirlər. Onların zəngin həyat yolu gənc əməkdaşlar üçün əsl örnəkdir. Bizim onlara hər zaman ehtiyacımız var. Onların bilik və bacarıqlarından yararlanmaq həm xidməti fəaliyyətimizdə peşəkarlığımızın artırılmasında, həm də həyat təcrübəmizdə köməyimizə gəlir. Onların məsləhətləri bizləri düz yolla irəliləməyə, büdrəməməyə, bütün çətinliklərə sinə gərməyə istiqamətləndirir və güc verir. Onların isə bizdən umacağı yalnız xatırlanmaq və qayğıdır. Xatırlayaq ki, xatırlananlardan olaq, dəyər verməyi bacaraq ki, gələcəyimiz işıqlı, parlaq olsun.

Aytəkin Nəcəfova,
polis polkovnik-leytenantı

 

Geriyə Çap et


Faydalı keçidlər
Linklər