Logotype

1933-cü ildən çıxır

Xəbərlər

25.09.2020

“Səyyah Kitab” layihəsinə polislər də qoşuldu

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Biləsuvar nümayəndəliyi könüllüləri tərəfindən həyata keçirilən “Səyyah Kitab” layihəsinə Rayon Polis Şöbəsinin əməkdaşları da qoşulublar.
Onlar layihəyə dəstək olmaq məqsədi ilə, Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin kitablarını könüllülərə hədiyyə ediblər.
Layihə çərçivəsində açıq havada təşkil olunan qiraət saatlarında həmkarlarımızın iştirakı gənclərlə yanaşı, rayon ictimaiyyəti tərəfindən də maraqla qarşılanıb.

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Biləsuvar nümayəndəliyinin rəhbəri Səbinə Hüseynzadə bildirib ki, təşəbbüsün məqsədi gənclər arasında kitabı sevdirmək, mütaliəni təbliğ etməkdir. Bu məqsədlə, yeni kitablar alınmaqla yanaşı, ianə olaraq bədii kitablar da toplanır, rayonun mərkəzində və kəndlərdə açıq havada oxu günləri təşkil olunur.
S.Hüseynzadə onu da diqqətimizə çatdırdı ki, qiraət saatlarında rayon əhalisi, xüsusilə gənclər kitablarla tanış olur, karantin şərtlərinə riayət etməklə istədikləri kitabı seçir və mütaliə edirlər.

T.Hafiz

 

Geriyə Çap et


Faydalı keçidlər
Linklər