Logotype

1933-cü ildən çıxır

Xəbərlər

16.09.2020

İdmançımız medal qazandı

Dünyada, eləcə də Azərbaycanda pandemiya ilə bağlı sərt karantin rejiminin yumşaldılmasından sonra açıq havada idman yarışları və oyunlarının keçirilməsini azarkeşlər sevinclə qarşılayıb. Belə turnirlərdən biri, atıcılıq üzrə Avropa kuboku senyabrın 9-dan 12-dək Danimarkanın Oxus şəhərində baş tutub. Yarışda ölkəmizi DİN Daxili Qoşunların İdman komandasının üzvü, baş leytenant Ruslan Lunov təmsil edib. Müxtəlif dövlətlərdən olan peşəkar nişançıların da iştirak etdiyi turnirdə təmsilçimiz tapançadan 25 metr quale atıcılığı üzrə rəqiblərinə şans verməyib. R.Lunov dövlət himnimizin sədaları altında üçrəngli bayrağımız göyə qaldırılarkən fəxri kürsünün zirvəsinə dəvət olunub.
T.Əlizadə

 

Geriyə Çap et


Faydalı keçidlər
Linklər