Logotype

1933-cü ildən çıxır

Xəbərlər

13.09.2020

Onlar Azərbaycanın fəxri olacaqlar

DİN Mətbuat Xidmətinin və Sabunçu rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin təşəbbüsü ilə sentyabrın 14-də bu il qəbul imtahanlarında müxtəlif qruplar üzrə yüksək nəticə göstərən Nardaran qəsəbə məktəblərinin məzunları ilə görüş keçirildi.
Məzunları ali məktəblərə daxil olmaları münasibətilə təbrik edən bölmə rəisi, polis polkov- nik-leytenantı Azər Məmmədov bildirdi ki, bu gün möhtərəm Prezidentimizin siyasətinin əsas prioretetlərindən biri də təhsilin inkişafıdır. Bu məqsədlə, dövlət büdcəsindən hər il müvafiq vəsaitin ayrılması, paytaxtda olduğu kimi regionlarda da yüksək səviyyədə təhsil almaq üçün ən müasir tələblərə cavab verən məktəblərin tikilməsi, təmir edilməsi, onların yeni texnologiyalarla təchizatı daha böyük nailiyyətlər qazanmağı şərtləndirən amillərdəndir.
Görüş zamanı Nardaranda ötən illərlə müqayisədə son bir neçə ildə təhsil sahəsində qazanılan uğurlara diqqət çəkən bölmə rəisi qəbul imtahanlarında hər il yüksək bal toplayanların içində qızların üstünlük təşkil etdiyindən məmnunluğunu ifadə etdi: “Aparılan maarifləndirmə işi öz bəhrəsini verir. Statistikaya nəzər salsaq görərik ki, Nardaran məktəblərindən məzunların, eləcə də yüksək bal toplayanların sayı da ildən-ilə artır. Gələcəyini, sabahını işıqlı görmək istəyənlər, Vətənimizə, dövlətimizə layiqli vətəndaş kimi yetişmək arzusunda olanlar diqqət və qayğı ilə əhatə olunub. Uşaqların və gənclərin zərərli vərdişlərdən uzaq olmları üçün hər cür şərait yaradılıb. Polislə birgə bütün dövlət qurumları səfərbərdir ki, gələcəyimiz olan gənclər dünyanın elm, idman arenalarında Vətənimizi layiqincə təmsl etsinlər”.
Bölmə rəisi bu il qəbul imtahanlarında yüksək nəticə göstərənlərin təkcə Nardaranın deyil, Azərbaycanın fəxrinə çevriləcəklərinə inandığını dedi.
Sonra yüksək nəticə göstərənlərə qiymətli hədiyyələr təqdim olundu. Birinci qrup üzrə 638 bal toplayan Məlikov Nurlan Şirinbala oğluna bölmə əməkdaşları tərəfindən smartfon telefon hədiyyə edildi.
Yeri gəlmişkən, Nardarandan seçilmiş millət vəkili Eldar Quliyevin Nurlan Məlikova hədiyyəsi noutbuk oldu.
Göstərilən diqqət və qayğıya görə təşəkkürünü bildirən, eləcə də DİN Mətbuat Xidmətinin və 42-ci Polis Bölməsi rəhbərliyinin bu nəcib təşəbbüsünün gənclərə stimul verəcəyini deyən 295 nömrəli məktəbin direktoru Dilarə Cəbrayılova gələcək illərdə də bu ənənənin davamlı olacağına ümidvar olduğunu bildirdi.
DİN Mətbuat Xidməti rəisinin müavini, polis polkovnik-leytenantı Hafiz Təmirov möhtərəm Prezidentimizin “Biz qara qızılı insan kapitalına çevirməliyik” fikrinin bu gün siyasi, istisadi və təhsildə qazanılan uğurlarda özünü göstərdiyini diqqətə çatdırdı. O, pandemiya dönəmində keçirilən bu tədbirin məzunların yaddaşında xoş bir xatirə kimi qalacağını bildirdi.
Daha sonra çıxış edən valideynlər polisin bu təşəbbüsünü yüksək qiymətləndirdilər və DİN rəhbərliyinə minnətdarlıqlarını ifadə etdilər.
İnanırıq ki, bu ilki qəbulda yüksək nəticə göstərən Nurlan Məlikov, Raziyə Nəcəfova, Mehri Fərhadzadə, Nərgiz Səfili, Püstə Ağayeva, Şəhla Əliyeva, Məhəmməd Əliyev, Süsən Əhmədli, Tünzalə Qurbanova, Əli Həsənov, Həsən Ağayev və Sevinc Məmmədova qəbul olunduqları ali məktəbləri əla qiymətlərlə başa vuracaq, Vətənimiz adına daha böyük uğurlara imza atacaqlar.
Hafiz Təmirov,
polis polkovnik-leytenantı

Geriyə Çap et


Faydalı keçidlər
Linklər