Logotype

1933-cü ildən nəşr olunur

Xəbərlər

29.08.2020

Hisslərini belə ifadə edirlər

Sabitliyin, ictimai asayişin və təhlükəsizliyin keşiyində mətin dayanan Azərbaycan Polisi vətəndaşlıq mövqeyi ilə də örnək olmağı bacarır. Pandemiyanın gətirdiyi sıxıntı səbəbindən həmkarlarımızın problemi olanlara baş çəkməsi, maddi cəhətdən imkanı zəif olan ailələrə yardımlar etməsi və bu kimi nəcib addımları rəğbətlə qarşılanır. Polisə edilən müraciətlər cavabsız qalmır. Xidməti fəaliyyətə aidiyyəti olmayanlar da müvafiq şəkildə istiqamətləndirilir. Məhz buna görə də vətəndaşlar görüb qiymətləndirir və təşəkkürlərini belə ifadə edirlər.
“Buzovna yolunda hərəkət edərkən avtomobilimin təkəri deşildi. İlk dəfə idi ki, belə çətin duruma düşürdüm. Çaşqınlıq içində olduğumdan, nə edəcəyimi, kimdən yardım istəyəcəyimi bilmirdim. Avtomobildə təkərin dəyişdirilməsi üçün lazım olan alətlərin olmamasına görə də çox həyəcanlıydım. Ətrafdan keçənlərdən yaxınlıqdakı polis idarəsinin əlaqə nömrəsini istədim. Xəzər rayon Polis İdarəsinə zəng vurub məlumat verdim və köməklik göstərmələrini xahiş etdim. Baxmayaraq ki, bu polisin vəzifəsi deyil...
Çox keçməmiş Xəzər RPİ 2-ci Polis Şöbəsinin əməkdaşı, polis baş serjantı Müqəddəs Mursəibov mənə yaxınlaşdı və yararsız vəziyyətə düşmüş təkərin ehtiyat təkərlə əvəzlənməsinə köməklik göstərdi.
Polisin vətəndaşların güvənc yeri olduğunu bilirdim, bunun bir daha şahidi oldum. Mən polisimlə qürur duyuram”.
Bu fikirləri Bakı şəhər Yasamal rayon sakini Nilufər Cəfərova redaksiyamıza ünvanladığı təşəkkür məktubunda yazır.
Abşeron rayon sakini Gülbacı Cahangirova da üzləşdiyi problemlə əlaqədar köməyinə çatan polis əməkdaşlarına minnətdarlığını bildirir:
“Hökməli dairəsi deyilən yerdə avtobus dayanacağında durmuşdum. Əlimdə çantam və zənbil var idi. Telefonuma zəng gəldi və mən əlimdəkiləri dayanacaqdakı oturacağın üzərinə qoyub telefona cavab verdim. Bu zaman yanımda olan tanımadığım şəxs diqqətimin yayınmağından istifadə edib içərisində 660 manat və 3 ədəd pensiya kartı olan çantamı oğurlayıb.
Çox pis olmuşdum. Ümidim ancaq polisə idi və asayiş keşikçiləri qısa zaman kəsiyində məni sevindirməyi bacardı. Binəqədi RPİ-nin əməkdaşları mənə dəymiş ziyanı ödətdirməklə yanaşı, müqəssiri də qanuna təslim etdilər”.
Digər bir məktubda polisin nüfuzuna, işgüzar fəaliyyətinə şər-böhtan ataraq ləkə yaxmaq istəyənlər bir qrup ziyalının hədəfinə tuş gəlib:
“Bu gün bəziləri polisin xidmətini, fədakarlığını qiymətləndirmək əvəzinə görməzdən gəlir, böhtan atmaqla, qara yaxmaqla onun adına, vətəndaş-polis həmrəyliyinə xələl gətirmək istəyirlər. Ancaq xalqın gözü tərəzidir. Vətəndaşlar fərqi görür, kimin dost kimin düşmən olduğunu yaxşı ayırd edir və öz seçimlərini polisə dəstək olmaqla nümayiş etdirirlər. Alman mütəfəkkiri Yohann Volfqanq fon Hötenin də dediyi kimi, faydasız həyat vaxtsız ölümə bərabərdir. Bəsirət gözünüzü açıb günümüzün mənzərəsinə güzgü tutun. Onda bəlkə, haqq yoluna qayıtdınız”...
Teymur Əlizadə,
polis kapitanı

Geriyə Çap et


Faydalı keçidlər
Linklər