Logotype

1933-cü ildən çıxır

Xəbərlər

23.07.2020

General haqqında film çəkilir

Şəhid general-mayor Polad Həşimovun xatirəsinə Qarabağ həqiqətlərindən bəhs edən bədii film çəkiləcək. “Komandir” adlı filmin ssenarisi artıq hazırdır. Bu barədə filmin ssenari müəllifi, rejissor, polis veteranı Cəlaləddin Qasımov məlumat verib.
Onun sözlərinə görə, Qarabağ müharibəsinə həsr olunan, eləcə də bu müharibədən əvvəl də ermənilərin Azərbaycana qarşı qara əməllərindən danışan ”Komandir" filminin redaktoru əməkdar incəsənət xadimi, tanınmış kinoşünas Aydın Kazımzadədir.
Polis veteranı qeyd edib ki, filmin ssenarisi real hadisələrə əsaslanıb. Ssenaridəki hadisələrin bir hissəsi vaxtilə Tovuz rayonunda tibb bacısı işləmiş Tamara Adamyanın törətdiyi cinayətlərlə bağlıdır.

O deyib ki, saat yarımlıq film hazır olduqdan sonra beynəlxalq film festivallarında nümayiş etdiriləcək: “Azərbaycan xalqının qəhrəman oğlu, general-mayor, Qarabağ müharibəsində şəhid olmuş Polad Həşimovun əziz xatirəsinə həsr edilən “Komandir” bədii filmi ermənilərin tarix boyu azərbaycanlılara qarşı törətdikləri soyqırımları, vəhşilikləri ekrana çıxarmaqla bunu bir daha dünya tamaşaçılarının mühakiməsinə verəcək”.
Cəlaləddin Qasımov son illərdə ”Şollerin arxivi" adlı bədii və bir neçə sənədli, o cümlədən “100 il şərəfli ömür”, “Nobel qardaşları” və sairə filmləri ilə tanınır. Onun “Şollerin arxivi" filmi onlarla beynəlxalq festivalda medal qazanıb.

Teymur Əlizadə,
polis kapitanı

 

Geriyə Çap et


Faydalı keçidlər
Linklər