Logotype

1933-cü ildən çıxır

Xəbərlər

04.06.2020

Xidmətləri rəğbət doğurur

Karantin rejiminin yumuşaldılması, mağazaların, molların, ticarət mərkəzlərinin açılması ilə əlaqədar vətəndaşların Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə əməl etmələri üçün daxili işlər orqanlarının əməkdaşları yenə də gücləndirilmiş iş rejimində çalışırlar.
Bu günlərdə qadın əməkdaşların da xidmətə cəlb olunması diqqətimizi çəkdi. Düzü, onların kişi həmkarlarımızla birlikdə xidmət aparmalarının vətəndaşların təəcübünə və marağına səbəb olduğunu da müşahidə etdik. Onların xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsi ilə bağlı insanların sıx toplaşdığı ərazilərdə mütləq qaydada tibbi maskadan istifadə etmək, 2 metrlik sosial izolyasiya məsafəsini saxlamaq barədə çağırışları sözün əsl mənasında, rəğbətlə qarşılanırdı. Vətəndaş-polis münasibətlərinin daha da möhkəmlənməsi üçün həmkarlarımızın mülayim rəftarı, nəzakətli davranışı polis adını daşımağın həm də məsuliyyətli olmasının bariz nümunəsi idi...
Şəkillərini çəkəndə gülümsədilər. Və səhərdən axşama kimi ayaqüstə xidmət aparmağın çətinliyi ilə bağlı sualımıza cavabları belə oldu:
- Dövlətimizin, xalqımızın keşiyindəyik və bundan qürur duyuruq. Bizim üçün ən böyük xoşbəxtlik Vətənə xidmətdir, çünki Vətən böyük ailədir, onu qorumaq isə hər birimizin borcudur...
“Mübariz keşikdə”dən olduğumuzu bilmədilər. Yəqin ki, biləcəklər, qəzetimizin bu sayını oxuyanda...

Ruhiyyə Əliyeva,
polis baş leytenantı

Geriyə Çap et


Faydalı keçidlər
Linklər