Logotype

1933-cü ildən çıxır

Xəbərlər

19.05.2020

Nazir rəisi şəxsi heyətə təqdim etdi

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə polis polkovniki Nurullah Məmmədxanlı DİN-in Baş Mühafizə İdarəsinin rəisi vəzifəsinə təyin edilib. Mayın 19-da DİN Baş Mühafizə İdarəsində Daxili İşlər nazirinin iştirakı ilə keçirilən tədbirdə o, şəxsi heyətə təqdim olunub.

Polis polkovniki N.Məmmədxanlını uzun illər daxili işlər orqanlarında müxtəlif rəhbər vəzifələrdə xidmət etmiş təcrübəli, peşəkar polis zabiti kimi xarakterizə edən general-polkovnik Vilayət Eyvazov Baş idarənin əməkdaşlarına müasir dövrün tələb və çağırışları kontekstində xidməti fəaliyyətin daha da təkmilləşdirilməsi üçün konkret tapşırıq və tövsiyələrini verib.
Nazir son vaxtlar mühafizə xidmətinin təkmilləşdirilməsi məqsədilə görülən işləri yüksək qiymətləndirib, bu xidmət sahəsinin fəaliyyət sferasının daha da genişləndiyini bildirib.
O, vurğulayıb ki, ötən illər ərzində ölkə rəhbərinin ali diqqət və qayğısı ilə əhatə olunan daxili işlər orqanlarının normativ-hüquqi bazası təkmilləşdirilib, maddi-texniki təchizatı yaxşılaşdırılıb, ona görə də hər bir polis əməkdaşı bu ali diqqət və qayğını öz əçəli xidməti ilə doğrultmalıdır.

Daxili İşlər naziri Vilayət Eyvazov əməkdaşların vətəndaşlarla ünsiyyət zamanı etik-davranış kodeksinin müddəalarına uyğun olaraq ünsiyyət qurmasına, onların hüquqi, fiziki və mənəvi hazırlığına, baş idarənin struktur qurumları arasında qarşılıqlı əlaqələrin effektiv təşkilinə, tapşırılan sahəyə cavabdehliynin artırılmasına nəzarətin daha da gücləndirilməsini tələb edib. O, mühafizə etməklə yanaşı, əməkdaşların cinayətkarlıqla mübarizədə də qətiyyətini xüsusi vurğulayaraq bundan sonra da onların ərazi polis orqanları ilə birgə fəaliyyətinin həyata keçirilməsi üçün bu sahədə təcrübə mübadiləsinin daha səmərəli qurulmasının vacibliyini diqqətə çatdırıb.
Baş Mühafizə İdarəsinin rəisi, polis polkovniki Nurullah Məmmədxanlı göstərilən yüksək etimada görə Daxili İşlər nazirinə minnətdarlığını bildirib, ona həvalə edilmiş belə bir məsul vəzifənin öhdəsindən rəhbərlik etdiyi şəxsi heyətlə birlikdə layiqincə gələcəyinə söz verib.

 

 

Geriyə Çap et


Faydalı keçidlər
Linklər