Logotype

1933-cü ildən çıxır

Xəbərlər

23.04.2020

Polis qayğiya ehtiyaci olanlara yardim etdi...

Daxili İşlər Nazirliyinin şəxsi heyəti koronavirus (COVID-19) pandemiyası ilə bağlı ölkəmizdə tətbiq olunan xüsusi karantin rejimi dövründə nümunəvi xidmət etməklə yanaşı, köməyə və qayğıya ehtiyacı olanları da unutmur, onlara maddi və mənəvi köməklik göstərir.
Bu çətin günlərdə hər bir azərbaycanlı kimi “Biz birlikdə güclüyük” şüarını özünə deviz seçən DİN Baş Mühafizə İdarəsinin Qaradağ Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən rayon ərazisində maddi dəstəyə ehtiyacı olan, evdən çıxa bilməyən tənha və yaşlı insanlara, eləcə də aztəminatlı, çoxuşaqlı ailələrə yardım edilib. İdarə əməkdaşları ümumilikdə 100 ailəyə baş çəkib, müxtəlif ərzaq və gigiyenik məhsullardan ibarət bağlamaları onlara təqdim ediblər.
Yasamal Rayon Mühafizə İdarəsinin əməkdaşları da rayon ərazisində qayğıya ehtiyacı olan 150 ailəyə gündəlik tələbatlarını ödəyəcək müxtəlif ərzaq məhsullarından ibarət sovqatlar paylayıb.
Polisin bu insanpərvər, nəcib addımı Qaradağ və Yasamal rayonlarının sakinləri tərəfindən rəğbət hissi ilə qarşılanıb, onlar göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti başda olmaqla, daxili işlər orqanlarının şəxsi heyətinə minnətdarlıqlarını bildiriblər.

Anar Qafarov
polis baş leytenantı

Geriyə Çap et


Faydalı keçidlər
Linklər