Logotype

1933-cü ildən çıxır

Xəbərlər

16.04.2020

Dünyada və bizdə: fərqi özünüz görün

Koronavirus infeksiyası ilə bağlı həyata keçirilən karantin rejimində dünya ölkələrinin hüquq mühafizə orqanlarının tətbiq etdikləri cəza tədbirləri.

Fransanın cənubunda, Nitsada polis dronlara quraşdırılan səsgücləndiricilər vasitəsi ilə sakinlərə məsafəni qorumağı və evdən çıxmamağa çağırış ediblər. Paris ətrafında evi tərk etməyə icazə verilmədiyi xəbərdarlığına məhəl qoymayan Amazon saytının kuryerini polislər döyüblər.
Keniyada polis karantin qaydalarına riayət etməyənləri döyərək, gözyaşardıcı qazdan istifadə edib.
Paraqvayda qaydalara riayət etməyənlər silahla hədələnib və evdən çıxmamaq üçün and içməyə məcbur ediliblər.
Filippin prezidenti Rodrigo Duterte aprelin 1-də rəsmi müraciətində polisə və hərbçilərə qanun pozucularını vurmağa icazə verəcəyini açıqlayıb.
Panamada hökumət qeyri-adi bir karantin rejimi tətbiq edib: aprelin 2-dən başlayaraq bazar ertəsi, çərşənbə axşamı və cümə günlərində qadınlar, çərşənbə, cümə axşamı və şənbə günlərində isə kişilər evi tərk edə bilərlər. Bazar günü hamı evdə qalmalıdır.
Almaniyada beş ilədək azadlıqdan məhrumetmə cəzası və ya 25.000 min avro (26.908 dollar) cərimə nəzərdə tutulur.
İtaliyada heç bir səbəb olmadan küçəyə çıxana 3.000 min avro cərimə yazılır. Hökumətin qərarında deyilir ki, karantin qaydalarını pozanlar üç ay, daha ciddi qanun pozuntularına görə isə uzun müddətə azadlıqdan məhrum edilə bilərlər.
İspaniya polisi özünütəcrid rejiminin tətbiqini izləmək üçün dronlardan istifadə edib. İspaniyada karantini pozan şəxslər 600 avroya qədər cərimə və ya həbs cəzasına məhkum edilirlər.
Peruda fövqəladə vəziyyət rejimini pozan sürücülərin maşınları cərimə meydançasına təxliyə edilir, onlar sürücülük vəsiqəsindən məhrum olunur və 6.300 Peru duzu (təqribən 1.800 ABŞ dolları) cərimələnirlər. Təkrar tutulma, hakimiyyət nümayəndəsinin qanuni tələbinə tabe olmayanları daha sərt cəzalar gözləyir.
Cənub-Şərqi Asiyada iki həftəlik özünü təcridetmə rejiminin ilk pozuntusuna görə Sinqapurlular 10.000 min dollar cərimə olunur, hətta 6 aya qədər azadlıqdan məhrum edilirlər. Təkrar izolyasiya rejiminin pozulması 20 min dollaradək cərimə və ya 12 aya qədər həbs cəzası ilə nəticələnəcək.
Hindistanda polis karantin qaydalarını pozanları dəyənək və çubuqlarla döyür. Surat şəhəri yaxınlığında yerli polisin ölkənin digər yaşayış məntəqələrindən piyada qayıdan miqrant işçilərə qarşı gözyaşardıcı qaz istifadə etdiyi də məlumdur.
Qazaxstanda fövqəladə vəziyyət rejimində karantin tələblərinə əməl edilmədiyi üçün 5.000 min rubl cərimə və ya 15 günədək həbs cəzası tətbiq edilir. Fövqəladə vəziyyət zamanı hakimiyyət nümayəndəsinin qanuni tələbinə itaətsizlik edəni 100 min rubla qədər cərimə, islah işləri, 600 saata qədər icma xidməti və iki ilədək həbs gözləyir.
ABŞ-ın Merilend ştatında karantin rejimini pozanlar 5000 dollar cərimə olunur və ya onları bir ilədək həbs gözləyir.
Avstraliyanın Yeni Cənubi Uelsin əyalətində karantin rejimini pozanlar 11 min Avstraliya dolları cərimə olunurlar.
Polşada polislə vətəndaş arasında problemin yaranmaması üçün evdən çıxan şəxs mobil tətbiq proqramı yükləməlidir. Smartfonun sahibindən geolokasiya ilə selfie çəkməsi xahiş edilir. Proqramın bu tələbinə məhəl qoymayan isə 110 avro cərimələnir.
Cənubi Afrikada polis məmuru koronavirus pandemiyası ilə əlaqədar tətbiq olunan karantin rejimini pozan şəxsi qətlə yetirib. Polisin sözlərinə görə martın 29-da paytaxt Yohannesburgun cənubundakı Vosloorus kəndində içki içməyə hazırlaşan vətəndaşları aşkar ediblər. Onları intizama dəvət edən polislər müqavimətlə üzləşiblər.
Kosta Rikada çimərliklərdə patrul xidməti aparan asayiş keşikçiləri karantin qaydalarına riayət etməyən sörfçüyə atəş açıb. O yaralansa da, qaçmağa müvəffəq olub. Qeyd edək ki, bu idman növü də digərləri kimi, Latın Amerika ölkəsində virusun yayılması səbəbindən müvəqqəti olaraq qadağan edilib.

Ruslan Vəliyev,
polis leytenantı

Geriyə Çap et


Faydalı keçidlər
Linklər