Logotype

1933-cü ildən çıxır

Xəbərlər

13.03.2020

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin məlumatı

Daxili Qoşunların yaranmasının 28-ci ildönümü münasibətilə sizi, həmçinin hörmətli veteranlarımızı, şəhid olmuş hərbi qulluqçuların ailə üzvlərini ürəkdən təbrik edirəm.
Yarandığı gündən şərəfli bir xidmət yolu keçən, respublikanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şücaət və qəhrəmanlıqlar göstərmiş Daxili Qoşunlar ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında monolit bir qurum kimi formalaşaraq dövlətçiliyin sütunlarından birinə çevrilmişdir.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin əvəzsiz diqqət və qayğısı sayəsində bu gün davamlı inkişafda olan Qoşunların döyüş hazırlığı, müasir silah, texnika, xüsusi vasitələrlə təchizatı, şəxsi heyətinin xidmət şəraiti, sosial müdafiəsi ən yüksək səviyyədədir. Hərbi anda sadiq olan hərbçilərimiz qarşıya qoyulmuş bütün xidməti-döyüş tapşırıqlarının icrasında, o cümlədən ictimai asayişin və daxili təhlükəsizliyin qorunmasında, silahlı cinayətkar dəstələrin zərərsizləşdirilməsində, təbii fəlakətlərin, texnogen qəzaların nəticələrinin aradan qaldırılmasında həmişə yüksək professionallığı və qətiyyəti ilə seçilirlər. Qanunla müəyyən edilmiş vəzifələrin icrasında fərqlənən hərbi qulluqçuların peşə bayramları ərəfəsində dövlət mükafatlarına layiq görülməsi Möhtərəm Prezidentin Qoşunların şəxsi heyətinin xidmətlərinə verdiyi ali dəyərin və etimadının əyani ifadəsidir.
Əminəm ki, siz, anda sadiq qalaraq bundan sonra da vətəndaşların və dövlətin qanuni mənafelərinin hüquqazidd əməllərdən qorunmasında səy və bacarığınızı əsirgəməyəcəksiniz.
Hamınıza möhkəm cansağlığı, xoşbəxtlik, ailə səadəti, Azərbaycan Respublikasına xidmətdə uğurlar arzulayıram!

Vilayət Eyvazov,
Azərbaycan Respublikasının
Daxili İşlər naziri, general-polkovnik

 

Geriyə Çap et


Faydalı keçidlər
Linklər