Logotype

1933-cü ildən çıxır

Xəbərlər

13.03.2020

Bu torpağın hər qarışı şəhiddir

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin və Xətai Rayon Polis İdarəsinin əməkdaşları 8 mart ərəfəsində Aprel şəhidimiz Müşfiq Orucovun ailəsini ziyarət ediblər.
Şəhidin atası Arif Orucov və anası Aygün Orucova torpaqlarımız uğrunda şəhid olan oğullarımızı, onların ailələrini daim yad etdiklərinə görə asayiş keşikçilərinə minnətdarlıqlarını bildiriblər.
“Bu gün ölkəmizdə sabitliyin qorunmasında fədakarlıq göstərən və cinayətkarlıqla qətiyyətli mübarizə aparan Azərbaycan Polisi şəhidlərimizin xatirəsini əziz tutmaqla gənclərimizi vətənpərvərliyə, Vətəni, torpağı sevməyə səsləyir deyən”,- DİN Mətbuat Xidmətinin əməkdaşı, polis polkovnik-leytenantı Hafiz Təmirov tezliklə torpaqlarımızın işğaldan azad olunacağını və o gün şəhidlərimizin ruhunun sevinəcəyinə inamını ifadə edib.
Xətai Rayon Polis İdarəsi rəisinin şəxsi heyətlə iş üzrə köməkçisi, polis polkovnik-leytenantı İdris Məhərrəmov şəhid ailələrinə həm dövlətin, həm də cəmiyyətin xüsusi diqqət və qayğısından, onların sosial müdafiəsinin ildən-ilə yaxşılaşdığından, möhtərəm Prezidentimizin bu sahədə həyata keçirdiyi tədbirlərdən danışıb. O, şəhidimizin valideynlərinə səbr diləyib.
Azərbaycan Dillər universitetinin əməkdaşı Aynur Səfərli polisimizin bu nəcib addımını yüksək qiymətləndirib və bu ənənənin davam edəcəyinə ümidvar olduğunu deyib.

 

Geriyə Çap et


Faydalı keçidlər
Linklər