Logotype

1933-cü ildən çıxır

Xəbərlər

23.02.2020

Soyqırımı tanıyan ölkələr və təşkilatlar

Azərbaycan Respublikası.
Meksika Senatı 02.02.2012-ci il tarixində Xocalı faciəsini soyqırım adlandırıb.
Pakistan İslam Respublikası soyqırımı pisləyən qətnamə qəbul edib.
Kolumbiya Parlamenti 24.04.2012-ci il tarixində Xocalını soyqırım kimi tanıyıb.
Çexiya Parlamenti 19.02.2013-cü il tarixində Xocalı soyqırımını rəsmən tanıyıb.
Bosniya və Herseqovina parlamenti 26.02.2013-cü il tarixində Xocalı soyqırımını rəsmən tanıyıb.
Peru və Honduras hökumətləri də Xocalı faciəsini tanıyıblar.
Cibuti Respublikasının Milli Assambleyası Xocalı soyqırımına dair qətnamə qəbul edib.
Massaçusets ştatının nümayəndələr palatası 25.02.2010-cu il fevralın 25-də Xocalıda qırğın törədilməsi faktının tanınması haqqında qətnamə qəbul edib.
ABŞ-ın Texas, Nyu-Cersi, Corciya, Men, Nyu-Meksika, Arkanzas, Missisipi, Oklahoma, Tennessi, Pensilvaniya, Qərbi Virciniya, Konnektikut, Florida, İndiana Yuta, Nebraska, Havay, Montana, Aydaho və Arizona ştatları Xocalı faciəsini tanıyıblar.
İslam Əməkdaşlıq Təşkilatı da xalqımıza qarşı törədilən bu faciəni rəsmən tanıyıb.

 

Geriyə Çap et


Faydalı keçidlər
Linklər