Logotype

1933-cü ildən çıxır

Xəbərlər

19.02.2020

Ayıq-sayıqlığın nəticəsi

F.Əliyev 12.02.2019-cu il tarixdə Biləcəri qəsəbəsində etibarnamə ilə aldığı maşını bu ilin fevralında öz adına qeydiyyata saldırmaq üçün Sumqayıt Regional Qeydiyyat İmtahan və Texniki Baxış Şöbəsinə müraciət edəndə sürprizlə rastlaşıb.
Şöbə rəisi, polis polkovnik-leytenantı Fuad Mayılov ona maşının oğurluq olduğunu deyib.
Əslində, bu kimi faktların aşkara çıxarılması, sənədlərlə işləmək bacarığı, müşahidə qabiliyyəti, nəqliyyat vasitələrinin yoxlanılması polisdən ayıq-sayıqlıq və peşəkarlıq tələb edir. Texniki baxış və ya digər məsələlərlə bağlı vətəndaşlar müraciət etdikdə nəqliyyat vasitələrinin banında, mühərrikində, rənginin tutuşdurulmasında uyğunluq, həmçinin maşının həbsdə və yaxud axtarışda olması interpol bazası vasitəsi ilə yoxlanılır.
Araşdırmalar zamanı müəyyən olub ki, Farizin avtomobilinin üzərindəki mühərrikin nömrəsi sənəddə göstərilənlə uyğun gəlmir.
Maşının üzərində olan mühərrik 05.02.2019-cu il tarixində Mehdiabad qəsəbəsinin “Gənclər şəhərciyi”ndən qaçırılan və Abşeron RPİ tərəfindən axtarışda olan maşına aiddir. Sahibi isə İldırım Tağıyevdir. Hər iki maşının sənədində mühərrikin nömrə qeydi “iki” rəqəmi ilə bitdiyindən xəbərsiz olan sürücünü işbazlar aldatsa da, saxta sənəd şöbənin axtarış üzrə baş inspektoru, polis mayoru Hacı Rəbbin oğlu Hacıyevin gözündən yayınmayıb.
Həmin nəqliyyat vasitəsi ərazi polis orqanına aidiyyatı üzrə təhvil verilib. İstintaq davam edir.
H.Hacıyev 25.04.1978-ci ildə Naxçıvan şəhərində polis ailəsində doğulub, atası da, babası da, polis olub. Uşaqlıqdan ailəsində dəmir nizam-intizam, qanun və qanunçuluğa riayət olunduğunu görüb.
O, 1999-cu ildə DİN-in Polis Akademiyasını bitirib. Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsində sahə inspektoru kimi xidmətə başlayıb. Bir müddət sonra Yasamal RPİ-nin PPXB-nin komandir müavini, Suraxanı RPİ-nin PPXB-nin komandiri vəzifəsində xidmət edib. 2016-cı ildən Sumqayıt Regional Qeydiyyat İmtahan və Texniki Baxış Şöbəsində xidmət edir.

Ruslan Vəliyev,
polis leytenantı

 

Geriyə Çap et


Faydalı keçidlər
Linklər