Logotype

1933-cü ildən çıxır

Xəbərlər

06.12.2019

İyirmi beş il MÜBARİZ KEŞİKDƏ

DİN-in Mətbuat Xidmətinin fəaliyyətində önəmli rolu olan, Nazirliyin mətbu orqanı “Mübariz keşikdə” qəzetinə, son üç ildə isə “Asayişin keşiyində” jurnalına da uğurla redaktorluq edən polis polkovniki, respublikanın Əməkdar jurnalisti Cavid Xaspoladov ömrünün 60 ilini arxada qoydu.

Dekabrın 3-də DİN-də keçirilən yolasalma mərasimində Azərbaycan Respublikasının Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov onun dövlətçiliyə, peşə borcuna sədaqətini, insani keyfiyyətlərini xüsusi vurğuladı, DİO əməkdaşlarının cinayətkarlıqla mübarizədə, respublikada ictimai-siyasi sabitliyin və dövlətçiliyin qorunması sahəsində fədakar xidmətinin təbliğ olunmasında göstərdiyi peşəkarlığı, Mətbuat Xidmətinin rəis müavini, redaktor kimi 25 illik qüsursuz fəaliyyətini yüksək qiymətləndirdi.
Nazir V.Eyvazov bundan sonra da ona yaradıcılıq uğurları arzuladı, qazandığı təcrübəni gələcəkdə də gənclərlə bölüşəcəyinə, onların Vətənə, dövlətçiliyə, anda sədaqət ruhunda tərbiyə olunmaları, cəmiyyətdə polisin yüksək nüfuzunun və imicinin qorunub-saxlanması işinə yeni töhfələr verəcəyinə əminliyini ifadə etdi.

Qeyd edək ki, polis polkovniki Cavid Xaspoladovun xidmətləri fəaliyyəti ölkə və DİN rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib. O, “İgidliyə görə” medalı ilə təltif olunub, DİN-in bir çox mükafatlarına layiq görülüb.
Sonda nazir Vilayər Eyvazov uzun illər qüsursuz xidmətlərinə görə təltif olunduğu DİN-in “Fəxri fərman”ını C.Xaspoladova təqdim etmişdir.
Yüksək diqqət və qayğıya, xoş sözlərə görə minnətdarlığını bildirən Cavid Xaspoladov öz bilik və bacarığını, təcrübəsini bundan sonra da əsirgəməyəcəyinə, polisin şərəfini daim uca tutacağına söz vermişdir.

Hafiz Təmirov,
Zeyni Hüseynov

Geriyə Çap et


Faydalı keçidlər
Linklər