Logotype

1933-cü ildən çıxır

Xəbərlər

19.09.2019

Burda dəniz də “şirin”dir - “xəzri” də

Həmkarlarımdan bir neçəsi dincəlmək üçün adətən, DİN-nin “Xəzri” İstirahət və Sağlamlıq Mərkəzini seçirdilər. Hər dəfə qayıtdıqdan sonra da bunun o qədər xoş və gözəl olduğundan danışırdılar ki, mən də bir dəfə orada olub bu deyilənləri görmək istədim.

Və bu il övladlarımla birgə “Xəzri”yə üz tutduq.
İlk gün burada hər şey çox xoşumuza gəldi. Nahar vaxtı idi. Övladlarımla yemək üçün restorana düşdük. Burada hazırlanan dadlı yeməklərdən yeyib həyətə çıxdıq. Gözəl güllər, körpələr üçün salınmış park, futbol meydançası, trenajor zalı və ən əsası, dəniz...

Axşam şam yeməyindən sonra iş yoldaşımla bərabər uşaqları parka apardıq. Burada dincəlmək üçün Belarusdan gələn qonaqlarla tanış olduq. Biraz söhbət etdikdən sonra məlum oldu ki, o, Belarus Respublikasının əməkdar artisti Ramiz Şirinovdur. Bildirdi ki, hər il dincəlmək üçün Vətəni, “Xəzri”ni seçir. Deyir ki, dünyanın harasında olursa-olsun, Azərbaycan üçün darıxır, Vətənini bir il görməsə, yaşaya bilməz. Söhbət əsnasında bizim polis əməkdaşı olduğumuzu biləndə gözləri doldu. Səbəbini soruşanda, dedi ki, onun polis əməkdaşlarına böyük hörməti var. Həm də bizə, necə deyərlər, biraz da qohumluğun çatır. Bacısı oğlu polis polkovnikidir... “Hər il Azərbaycana gələndə ilk onunla görüşürdüm” deyib susdu. Sonra da az qala pıçıldadı: “İndi onun yoxluğu bizim üçün çox ağırdı”. Kim olduğunu öyrənmək istədik. Əvvəl demək istəməsə də sonradan onun mərhum həmkarımız Abdul Zərgərli olduğunu öyrəndik. Biz də kövrəldik. Axı, Abdul müəllimlə 22 il bir yerdə xidmət etmişdik, onu yaxından tanıyırdıq.
Ramiz müəllim keçmişdən qalan xatirələrini bizimlə bölüşdü. Onunla həmsöhbət olmaq bizim üçün çox xoş oldu.

R.Əliyeva,
polis baş leytenantı

 

 

Geriyə Çap et


Faydalı keçidlər
Linklər