Logotype

1933-cü ildən çıxır

Xəbərlər

10.09.2019

Cinayətkarliqla mübarizənin önündə

“Daxili İşlər Nazirliyinin struktur qurumları arasında Baş Cinayət Axtarışı İdarəsinin xüsusi çəkisi, mühüm rolu vardır. Son illər bu quruma rəhbərlik edən polis general-mayoru Arzu Daşdəmirovun ümumilikdə ölkədə cinayətkarlıqla mübarizədə və bu işin səmərəli təşkilində əməyi danılmazdır”.

Avqustun 31-də Azərbaycan Respublikasının Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun dəyərli həmkarımızı 55 yaşının tamam olması münasibətilə qəbul edərkən səsləndirdiyi bu fikirlər A. Daşdəmirovun çoxsaylı kollektivimizdə qazandığı hörmətin göstəricisidir. Nazir V.Eyvazov bir məqamı xüsusi vurğulamışdır ki, polis general-mayoru Arzu Daşdəmirov hər zaman intelektual səviyyəsi, peşəkarlığı, nizam-intizamı, qətiyyəti və təşkilatçılığı eyni zamanda yüksək insani keyfiyyətləri ilə fərqlənmişdir.

Cənab nazir yubilyarın ölkəmizdə sabitliyi, əmin-amanlığı pozmaq cəhdlərinin, dövlətçiliyimizə yönələn təxribatçı hərəkətlərin qarşısının alınmasında həmişə barışmaz mövqe tutduğunu diqqətə çatdırmış, onu ulu öndərin ideallarına, dövlət başçımızın yeritdiyi siyasətə sadiq polis zabiti, sözü ilə əməli bütöv bir şəxsiyyət kimi səciyyələndirmiş, qanunvericilik ilə daxili işlər orqanlarına həvalə olunmuş vəzifələrin yerinə yetirilməsində yüksək peşəkarlıq və təşkilatçılıq bacarığı nümayiş etdirdiyini nəzərə çatdırmışdır.

Qeyd olunmuşdur ki, ictimai asayişin mühafizəsində və cinayətkarlıqla mübarizədə şücaət və fədakarlı q nümayiş etdirdiyinə görə polis general-mayoru A.Daşdəmirov iki dəfə dövlət mükafatı - 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və "İgidliyə görə" medalı, eləcə də DİN-in çoxsaylı mükafatları ilə təltif olunmuşdur.

General-polkovnik Vilayət Eyvazov əmin olduğunu bildirmişdir ki, Arzu Daşdəmirov göstərilən etimadı bundan sonra da layiqincə doğruldacaq, idarəçilik məharəti və uzun illər qazandığı zəngin təcrübəsi ilə təkcə rəhbərlik etdiyi baş idarənin deyil, bütövlükdə daxili işlər orqanlarının fəaliyyətinə öz töhfələrini verəcəkdir.
Sonra nazir imzaladığı DİN-in "Fəxri fərman"ını yubilyara təqdim etmişdir.
Göstərilən diqqət və qayğıya, barəsində deyilən xoş sözlərə görə minnətdarlığını bildirən polis general-mayoru Arzu Daşdəmirov üzərinə düşən vəzifələri bundan sonra da layiqincə yerinə yetirəcəyinə söz vermişdir.

Hafiz Təmirov

Geriyə Çap et


Faydalı keçidlər
Linklər