Logotype

1933-cü ildən çıxır

Xəbərlər

30.08.2019

Əsrin də, ömrün də yarisi hələ qabaqdadir...

DİN-in Polis Akademiyasında baş inspektor-korrektor vəzifəsində xidmət etsəm də çalışırdım ki, keçirilən bütün tədbirlərdə iştirak edim. “Məzun günü”nün aparıcısı kimi məsuliyyətli bir işin öhdəsindən tək gələ bilməyəcəyimi, həm də xidmətimin ilk ili olduğunu nəzərə alan rəhbərlik “Sənə polis polkovniki Hacı Aslanov kömək edəcək” deyəndə, düzü, uşaq kimi sevinmişdim...

Məşqlər pis getmirdi. Mən yazılmış mətni oxuyur, Hacı müəllim komandaları verirdi. Bir dəfə üzrlü səbəbdən məşqdə iştirak edə bilmədi və həmin gün necə sıxıntı keçirdiyim heç vaxt yadımdan çıxmaz.
İlk sınaqdan uğurla çıxdım. Bu il keçirilən tədbirdən sonra “İldən-ilə püxtələşirsən, artıq “komandir səsin” formalaşıb, indi meydan sənindir”,- deyərək o, ehmalca çiyinlərimə toxundu.
Mən onu həmişə səmimi və təmkinli görmüşəm. Polis polkovniki Hacı Aslanov tanıyanların da dediyi kimi, heç dəyişməyib. Dəyişən illərdir. Bu günlərdə akademiyaya yolum düşəndə onu soruşdum. Dedilər ki, birincilərlə Daxili Qoşunların “N” saylı hərbi hissəsindədir. Zəng vurub hal-əhval tutdum. O, 50 yaşını bu il də gələcəyin polis zabitləri ilə təlimdə, kazarmada qeyd edəcəkdi...
Həmsöhbət olduqlarım, yetirmələri Hacı müəllimin tələbkarlığından, eləcə də qayğıkeşliyindən, insanpərvərliyindən söhbət açdılar.

Müəllimin, komandirin xoşbəxtliyi onun belə xatırlanmağıdır...
50 yaşının tamam olması, əslində, bu könül yazısına bəhanə oldu və haqqında bildiklərim düşüncələrimi ipə-sapa düzməyə kömək etdi...
Hacı Hüseynağa oğlu Aslanov 1969-cu ilin sentyabrında Bakıda doğulub. 1986-1991-ci illərdə Kiyev Ali Hərbi Tank Mühəndisləri Məktəbində təhsil alıb. 1999-cu ildə Ankarada “Kara Küvvetleri Komutanlığı egitim və yönəticisi, uzmanı və Öyretmen yetişdirmə Kursu”nu bitirib. 1994-2002-ci illərdə Daxili Qoşunların Baş İdarəsində və Qala Tədris Mərkəzində işləyib.

Hazırda Polis Akademiyasında Hərbi kafedranın rəisidir...
Həyatda çox şey ilk addımdan başlayır. Onun bu fikrə isə bir başqa cür yanaşması var: “Biz burada kursantlara hüquq elminin sirlərini öyrədirik. Professor-müəllim heyətinin hər bir kursantdan tələbi yaxşı oxumaq, imtahanlardan uğurla keçmək və ali tədris ocağının bitirdikdən sonra onu işlədiyi və getdiyi hər yerdə layiqincə təmsil etməkdir. Kafedranın müəllim-komandir heyətinin də onların polis əməkdaşı kimi yetişməsində zəhməti az deyil və çalışırıq ki, atılan hər bir addım yetirmələrimizə uğur gətirsin”.
Dəyərli həmkarımız, əziz yubilyar, nə yaxşı ki, sıralarımızda sizin kimi insanlar var. “50” yaş sözündən heç tədirgin olmayın, hələ əsrin də, ömrünüzün də yarısı qabaqdadır...

Hafiz Təmirov,
polis mayoru

 

Geriyə Çap et


Faydalı keçidlər
Linklər