Logotype

1933-cü ildən çıxır

Xəbərlər

26.07.2019

Sakit: İmtahan gedir

Polis Akademiyasında əyani təhsil üzrə 2018-2019-cu tədris ilinin yaz imtahan sessiyası davam edir.
Semestr müddətində aldıqları nəzəri biliklərin mənimsəmə səviyyəsini, sərbəst işləmə bacarığını, təcrübi məsələlərin həllində həmin biliklərdən səmərəli istifadə etmək qabiliyyətini müəyyənləşdirmək və qiymətləndirmək, eyni zamanda imtahanlar zamanı baş verə biləcək neqativ halları aradan qaldırmaq üçün apelyasiya və fənn komissiyaları yaradılmış, imtahan cədvəli təsdiq edilmişdir.

Müsbət nailiyyət əldə olunması məqsədilə professor-müəllim heyəti tərəfindən məsləhət saatları keçirilmiş, kursantların kitabxana fondundan səmərəli istifadəsinə nəzarət gücləndirilmişdir. İmtahanların tam şəffaf və obyektiv aparılması, insan faktorunun və kənar müdaxilələrin qarşısının alınması məqsədilə, bəzi ixtisas fənləri üzrə təhsil alanların biliyi yazılı və şifahi formada, eləcə də kompüter vasitəsilə test üsulu ilə yoxlanılır.
Yeri gəlmişkən, aparılan təhlillər nəticəsində ötən ilin müvafiq dövrü ilə müqayisədə “əla” və “yaxşı” qiymətlərin sayının artdığı müşahidə olunur.

Teymur Əlizadə,
polis kapitanı

 

Geriyə Çap et


Faydalı keçidlər
Linklər