Logotype

1933-cü ildən çıxır

Xəbərlər

01.02.2019

Söz veriblər... Bu il də birinci olacaqlarına

Onlar da işin çətinindən yapışıblar. Qarşıya çıxan çətinliklərə baxmayaraq, öhdələrinə düşəni layiqincə yerinə yetirib üz ağardırlar. Torpaqda iz qoyurlar ki, süfrədə üzləri olsun.

Gənc olsa da qısa zaman kəsiyində öz idarəçilik qabiliyyəti, təşkilatçılıq bacarığı ilə kollektiv arasında sağlam mühit yaradaraq iki il paytaxtın mühafizə idarələri arasında birinciliyi qoruyub-saxlamağa nail olan rəis, polis polkovnik-leytenantı Nazim Həsənovla söhbətimiz də elə əldə olunan nəticələrlə bağlıydı. Həm ötən ilin nəticələrinə nəzər yetirdik, həm də görüləcək perspektivləri müzakirə etdik.

Məlum oldu ki, idarə tərəfindən 975 obyekt və 506 mənzil qorunur. Obyektlərdən 24-ü stasionar polis, 26-sı MMX, 9-u isə qarışıq xidmət və digər xidmətlə, ümumilikdə 911-i Mərkəzi Müşahidə Məntəqəsi vasitəsilə qorunur. Hesabat dövründə yeni obyektlərin mühafizəyə cəlb olunması istiqamətində də müvafiq tədbirlər həyata keçirilmişdir. Belə ki, daha 40 yeni obyekt mühafizəyə cəlb edilərək ümumi say 230-a çatdırılmışdır. Mənzillərin bu il mühafizəyə cəlb edilməsi istiqamətində də Rayon Polis İdarəsi ilə iş gücləndirilmiş, məktəblərdə, əmək kollektivlərində keçirilən görüşlərdə idarənin rəhbərliyi də iştiraka dəvət edilmiş və polis tərəfindən mühafizə işinin təşkili barədə ətraflı məlumatlar verilmişdir.


Yeri gəlmişkən, Xətai RPİ-nin imkanlarından istifadə edilərək ümumi sayı 74 olmaqla 2018-ci ildə 32 obyekt mühafizəyə cəlb olunmuş, siqnal sistemləri ilə təchiz edilmiş və Mərkəzi Müşahidə Məntəqəsinə qoşulmuşdur. Bu il daha 23 mənzil qorumaya qəbul olunaraq sayı 55-ə çatdırılmışdır.
Vətəndaşların müraciətlərinə xüsusi həssaslıqla yanaşılması diqqət mərkəzində saxlanılıb. Məhz bunun nəticəsidir ki, cari ilin müvafiq dövrü ərzində 964 vətəndaş müraciəti daxil olmuş və onların hər biri vaxtında cavablandırılmışdır.

Cinayətkarlığa və ictimai qaydanı pozanlara qarşı mübarizə qətiyyətlə davam etdirilmişdir. Belə ki, şəxsi heyət tərəfindən xidməti post və marşrutlarda oğurluq faktlarının, o cümlədən 8 digər cinayətin qarşısı alınmış, şübhəli bilinən 10 nəfər, həmçinin axtarışda olan 73 nəfər saxlanılaraq ərazi polis orqanlarına təhvil verilmişdir.

Bölük komandiri, polis mayoru Elçin Quliyevin “Tutucu qrup”un üzvləri ilə apardığı söhbət diqqətimizdən yayınmadı. Burada gənc əməkdaşların polisin etik-davranış kodeksinin müddəalarına riayət etmələri, vətəndaşlarla ünsiyyətqurma bacarığı xüsusilə diqqət mərkəzində saxlanılır və hami-tərbiyəçilərə verilən tapşırıqların bu istiqamətdə yerinə yetirilməsinə komandir heyəti nəzarət edir.

Mühafizə bəzilərinə asan gəlir. Ancaq belə deyil. Burda ən önəmlisi etibar olunanı etibarlı qorumaqdır. Deməli, bu işə yanaşma eləcə də vicdan, məsuliyyət məsələsidir. Onlar mühafizə etməklə yanaşı, bəzən canını ortaya qoyub qorxmadan cinayətkarın da üstünə gedir, ən çətin tapşırığın öhdəsindən layiqincə gəlməyə çalışırlar. Amma bunsuz da nə uğur olur, nə də birincilik.

Hafiz Təmirov
polis mayoru

Geriyə Çap et


Faydalı keçidlər
Linklər