Logotype

1933-cü ildən çıxır

Xəbərlər

31.01.2019

Maariflənməliyik!

“Yol hərəkəti qaydaları”na kiçikdən-böyüyə hər kəs riayət etməlidir. Bu fikri son vaxtlar tez-tez eşidirik. Səbəb isə baş verən yol qəzalardır. Bu qəzalarda həyatını itirənlərin içində uşaqların da sayı az deyil. Təəssüflər osun ki, sözügedən mövzuda kifayət qədər maarifləndirmə tədbirləri həyata keçirilsədə, təbliğat aparılsada “maşınlar insanları yeyir”.

Nə etməli sualını hər gün bir-birimizə versək də sanki adidən çox adi olan cavabını: “Diqqətli olaq, sürət həddini aşmayaq, piyada keçidindən istifadə edək” və daha nələri görməzlikdən gəlirik.

“Yol hərəkəti qaydaları” uşaqlar üçün məlumat kitabını həm də böyüklərin oxuması məsləhətdir. Baxçada, məktəbdə yol hərəkəti təhlükəsizliyi ilə bağlı öyrəndiklərini valideyninə xatırladan uşaqları “əşi uşaqdır deyib” keçməyimizin azmı faciəsini yaşamışıq. “Ata, təhlükəsilzik kəmərini bağla, müəllimimiz deyir ki, sükan arxasında sürət həddini aşmayın” deyən, həm özünün, həm də böyüklərinin həyatını düşünən fidanları dinləməklə onları gələcəyə şəxsiyyət kimi hazırlamış olmuruqmu?

Əziz böyüklər, bu kitabı balalarımızın sağlam, savadlı, təhlükəsiz, daha doğrusu, hərəkət iştirakçısı kimi yollarda xəsarət almaması üçün, əslində, biz onlardan əvvəl oxumalıyıq. Onlara yol hərəkətini biz öyrətməliyik. Etiraf edək ki, bəzən harasa tələsəndə yeraltı və ya yerüstü piyada keçidindən istifadə etməyib şütüyən maşınların arası ilə yolu keçib özümüzün və balalarımızın həyatını təhlükəyə atmışıq.
Bu kitab balaların kitabıdır. Gələcək faciələrin qarşısını almaq üçün “Hyundai” avtomobillərinin rəsmi distribüteri olan “Auto Azərbaycan” şirkəti və “Ağıllı bala” yayımlarının birlikdə hazırladığı kitabça həm özümüzün, həm də uşaqlarımızın stolüstü kitabı olmalıdır. Çünki burada bizi “bezdirən” uşaqlarımızın yol hərəkəti ilə bağlı hər bir sualına cavab var.

T.Hafiz

 

 

Geriyə Çap et


Faydalı keçidlər
Linklər