Logotype

1933-cü ildən çıxır

Xəbərlər

20.11.2018

Buludlarin kölgəsində…

Ağrı-acılı günlərimiz daha çox olub tarixdə. Səbəbi çoxdur. Allahın bizə verdiyi belə gözəl torpaqlarda, yer üzündə maraqların birləşdiyi məmləkətdə yaşamağımız, bəxtmizin qonşular qisməti, bir az da öz içimizdən, sapı da, dəmiri də bizdən olan, düşmən əli, öz feli ilə sürtülmüş baltaların ciddi-cəhdi əsas səbəblərdən olub.

Hansı daha güclü olub, bilmirik. Bildiyimiz bircə odur ki, hər zərbədən, hər badalaqdan, hər xəyanətdən sonra özündə təpər tapıb dikələ bilib xalqımız. Dikəlib, itirə-itirə bərkiyib, çoxalıb, hər qan verən yarasından pöhrə, boy verib...

20 noyabr faciəsindən 27 il keçdi. Şəhidlərimizin sayı artdı, daha bir səhifə yazıldı taleyimizə...
Sonralar bu faciə ilə bağlı da ən müxtəlif fərziyələr yayıldı. Guya, əvvəlcə vertolyotun vurulub salınması və içərisində olan bəzilərinin girov götürülməsi, digər millətlərdən olan bir qisminin azad edilməsindən tutmuş, buna bənzər fikirlər irəli sürüldü. Lakin həqiqət budur ki, içərisində dəyərli insanların da olduğu vertolyot mühafizə olunmamışdı, təhlükəsizlik qaydaları kobudcasına pozulmuşdu və s.

Sonradan aparılan təhqiqat və istintaq nəticəsində o da məlum oldu ki, vertolyot “Barret M82A1” silahından açılan atəşlə vurulub. Həmin snayperli silahla 2 kilometr məsafədə uçan təyyarəni, helikopteri, həmçinin zirehli maşınları sıradan çıxarmaq mümkündür. Bu qırğın silahı hədəfə dəyərkən güclü yanğın törədir. İndiyəcən də dilənə-dilənə səfalət içində yaşayan Ermənistanın hələ o vaxt belə mükəmməl və bahalı silahı alması faktının özü qıcıq yaradan suallar doğurur...
Adlarını yazmırıq, adlarını bilirsiniz. Ən azından ildə bir yol da olsa yada salırıq...
Allah bütün şəhidlərimizə, qanı yerdə qalanlara rəhmət eləsin.

 

Geriyə Çap et


Faydalı keçidlər
Linklər