Logotype

1933-cü ildən çıxır

Xəbərlər

15.10.2018

Sənin də bayramin gələcək, zəngilan!

XIV əsrin məşhur tarixçisi və coğrafiyaşünası Həmdullah Qəzvininin yazdığına görə, Zəngilanın əsası hicri tarix ilə 636-cı ildə qoyulub. İlk adı Pircavan, yaxud Pirçivan olub.

Ərazisi ən qədim insanların yaşayış məskənlərindən hesab olunur. Rayon kimi 1930-cu ildə təşkil olunub. Şimaldan Qubadlı, şərqdən Cəbrayıl rayonları, cənubdan İran İslam Respublikası, qərbdən Ermənistanla həmsərhəddir.

XX əsrin sonu Azərbaycan tarixinə faciələrlə dolu bir dövr kimi yazıldı. Ölkədə baş verən qarışıq ictimai-siyasi hadisələr, daxili çəkişmələr, silahlı birləşmələrin xəyanətkar əməlləri torpaqlarımızın itirilməsi ilə nəticələndi. Təqvimdə daha bir ağrılı günün sayı artdı- 29 oktyabr 1993-cü il.

Hazırda Zəngilanın köçkünləri Bakıda və respublikamızın 43 rayonunda müvəqqəti məskunlaşmışlar.
Zəngilan 200 şəhid vermiş, təkcə 395 uşaq yetim qalmış, 44 nəfər itkin düşmüşdür.
Zəngilanın müdafiəsində yeddi polis əməkdaşı- Sabir Paşayev, Elşad Nərimanov, Fazil Bəşirov, Möhlət İsmayılov, İlham Quliyev, İsmayıl İsmayılov, Aqil Quliyev şəhid olublar. Arxasınca acı hekayət buraxan, gözləri yaşlı, qəlbləri nigaran qoyan 7 şəhid...

Başın sağ olsun Zəngilan, şəhidlərinə rəhmət, Azərbaycan! Sənin üçün canını qurban verməyə, bundan əvvəl isə düşmənin canını alıb Zəngilana da bayram günlərini yaşadacaq qəhrəmanların hələ çoxdur...

 

Geriyə Çap et


Faydalı keçidlər
Linklər