Logotype

1933-cü ildən çıxır

Xəbərlər

13.10.2018

Daxili İşlər nazirliklərinin Əlaqələndirmə işçi qrupunun birinci iclası keçirilib

Oktyabrın 4-də Daşkənddə Azərbaycan və Özbəkistan Daxili İşlər nazirlikləri arasında Əlaqələndirmə işçi qrupunun birinci iclası keçirilib.

İclasda Azərbaycan tərəfdən daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Vilayət Eyvazovun, Özbəkistan tərəfdən isə daxili işlər nazirinin birinci müavini, general-mayor Davron Nazarmuxamedovun rəhbərlik etdikləri nümayəndə heyətləri iştirak ediblər.

Görüşdə terrorizm, ekstremizm və qeyri-qanuni miqrasiya ilə mübarizədə informasiya mübadiləsinin bugünkü vəziyyəti və perspektivləri, cinayətkarlıqla mübarizə və axtarış fəaliyyəti sahəsində Özbəkistan və Azərbaycan Daxili İşlər nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi, nəqliyyatda təhlükəsizliyin təmin edilməsi sahəsində tərəflərin qarşılıqlı fəaliyyəti, Səmərqənd şəhərindəki turizm obyektlərində təhlükəsizliyin qorunması üzrə fəaliyyətlə tanışlıq və digər məsələlər ətraflı müzakirə edilib.

İşçi qrupunun ikinci iclasının Bakıda keçirilməsi qərara alınıb.
Danışıqların yekunu ilə bağlı 2019-2020-ci illərdə Özbəkistan Respublikası və Azərbaycan Respublikası Daxili İşlər nazirlikləri arasında qarşılıqlı fəaliyyət haqqında Protokol imzalanıb.

 

Geriyə Çap et


Faydalı keçidlər
Linklər