Logotype

1933-cü ildən çıxır

Xəbərlər

16.09.2018

Hələ qarşıdadır, uğurlar, sınaqlar

Yeni dərs ili başlayıb. Məktəbi bitirib tələbə adını qazananların sevincini isə sözlə ifadə etmək elə də asan deyil. Çünki bu adın insana necə qol-qanad verdiyini uzun illər öncə mən də görmüşəm. Məndən çox isə valideynlərim sevinib, zəhmətlərinin hədər getmədiyinə şükr ediblər...

Onlar da bu il sevinə-sevinə qəbul olunduqları ali məktəbə-Bakı Dövlət Universitetinə gedirlər. Bəlkə də qruplarında, fakultələrində çoxu bilməyəcək ki, bu yazımın qəhrəmanları da polis övladlarıdır. Mənə elə gəlir ki, onlar ona görə yüksək bal toplayıblar ki, “Siz məcburi köçkünsünüz, təhsil haqqından azadsınız” sözünü bir daha kiminsə dilindən eşitməsinlər. Bu düşüncədə olan və yüksək bal toplayaraq ali məktəblərə daxil olanlar, özü də yurdunu, torpağını itirən, qaçqın-köçkün düşərgələrində dünyaya gələn polis övladları barədə “Mübariz keşikdə”nin səhifələrində çoxlu sayda yazlarımız dərc olunub.

Şahverdiyev Sirac Mübariz oğlu 2000-ci ildə Bilasuvardakı məcburi köçkünlər üçün salınmış düşərgədə doğulub. Bu il Cəbrayıl rayon V.Hüseynov adına Daşkəsən kənd orta məktəbindən məzun olub. 2015-ci ildə 9,10,11-ci siniflər arasında keçirilən respublika fənn olimpiadalarında tarix fənni üzrə qızıl, 2016-cı ildə gümüş, 2017-ci ildə yenidən qızıl, 2018-ci ildə yenə bürünc medal qazanıb. Bu il keçirilən qəbul imtahanından 666 bal toplayaraq Bakı Dövlət Universitetinin hüquq fakultəsinə daxil olub.

Şahverdiyev Məftun Mübariz oğlu 2001-ci ildə doğulub. O da qardaşı ilə eyni məktəbin məzunudur. 2017 və 2018kimi Cəbrayıl rayon V.Hüseynov adına Daşkəsən kənd orta məktəbinin məzunudur. 2017-ci və 2018-ci ildə keçirilən respublika fənn olimpiadalarında azərbaycan dili və ədəbiyyatdan gümüş medal qazanıb.

Hər iki qardaş məktəbi də qızıl medalla bitiriblər. O da bu il qəbul imtahanlarından 685 bal toplayaraq Bakı Dövlət Universitetinin tələbəsi adını qazanıb. Və qardaşı kimi Hüquq fakultəsində oxuyacaq...

Yeri gəlmişkən, qardaşlar atalarının yolunu davam etdirmək arzusundadırlar.
Polis adına ucalıq gətirən övladların həm vətənpərvər, həm də savadlı yetişmələrində valideynlərin rolunu danmaq olmaz. Elə isə gələcəyimiz olan bu gənclərin atası, polis mayoru Mübariz Şahverdiyevi də tanımaq şansınız var.
1976-ci ildə Cəbrayılın Böyük Mərcanlı kəndində dünyaya göz açıb. Bakı Dövlət Universitetini və DİN-in Polis Akademiyasını bitirib. 2001-ci ildən daxili işlər orqanlarında xidmət edir. Cəbrayıl RPŞ-nin baş əməliyyat müvəkkilidir.

Geriyə Çap et


Faydalı keçidlər
Linklər