Logotype

1933-cü ildən çıxır

Xəbərlər

01.06.2018

Azərbaycan xalqının ümummilli lideri

İTİRİLMİŞ UŞAQLIQ…
Uşaqlar bizim gələcəyimizdir. Gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, böyüdəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin gələcəyi bundan asılı olacaqdır.

Heydər Əliyev

Xalqın, dövlətin ən qiymətli sərvəti uşaqlardır. Uşaqlar dövlətin gələcəyi, dövlətin möhkəmliyidir. Tarix boyu hər bir dövlət, hər bir cəmiyyət gələcəyi olan uşaqların qayğısına qalmağı, onların fiziki və mənəvi cəhətdən böyüməsini təmin etməyi özünün ən ümdə vəzifələrindən biri hesab etmişdir. Azərbaycan dövləti də bu mühüm məsələyə qayğı ilə yanaşır. Bu gün müstəqil Azərbaycanın uşaqları diqqət və qayğı ilə əhatə olunublar.

Dünyada müharibələrdən zərər görən uşaqlar arasında Azərbaycan uşaqları daha çoxdur. Şəhidlər Xiyabanında naməlum körpə qəbirləri görənləri dəhşətə gətirir. 1988-1994-cü illərdə erməni terror qrupları və silahlı birləşmələri minlərlə azərbaycanlı körpələrin vəhşicəsinə qətlə yetirilməsinə, yaralanmasına, itkin və əsir düşməsinə, eləcə də bir və ya hər iki valideynini itirməsinə səbəb olmuşdur.

1988-1989-cu illərdə Qərbi Azərbaycanda –“Ermənistan”da yaşayan 250 mindən çox azərbaycanlının qovulması, etnik təmizləmə nəticəsində qətlə yetirilən 216 azərbaycanlının 23-ü uşaq olmuşdur. Xocalı soyqırımı nəticəsində öldürülənlərdən 63-ü uşaqdır. Bu qətliam zamanı 25 uşaq hər iki valideynini, 130-u isə bir valideynini itirmişdir. Ümumilikdə Qarabağ münaqişəsində 195 azərbaycanlı uşaq həyatdan məhrum edilib. 1988-1994-cü illərdə itkin düşmüş 4566 azərbaycanlıdan 53-ü uşaq olub. Verilən məlumata görə, əsir və girov götürülməsi məlum olan 877 nəfərdən 22 uşaq bu günədək Ermənistanda əsirlikdədir.
Ötən il iyulun 4-də törədilən dəhşətli fəciə - 2 yaşlı Zəhranın erməni silahlıları tərəfindən amansızcasına öldürülməsi ictimaiyyət tərəfindən hiddətlə qarşılandı. Həm də atəşkəs dövründə düşmənin dinc əhaliyə, o cümlədən uşaqlara, qadınlara və qocalara qarşı törətdikləri yeganə vəhşilik deyil.

İndi onlar Azərbaycanın hər yerindədirlər. Böyüyürlər, oxuyurlar, evlənib özləri ailə-uşaq sahibi olurlar. Nəyi qazanıb, nəyi itirdiklərini bir özləri bilir, bir də Yaradanımız. Amma hamımızın, hamının bildiyi bir həqiqət var. Bunun adına «İtirilmiş uşaqlıq» deyirlər.

Uşaqlar, uşaqlar gününüz mübarək!

 

Geriyə Çap et


Faydalı keçidlər
Linklər