Logotype

1933-cü ildən çıxır

Xəbərlər

11.05.2018

Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin doğum gününə həsr olunan ağacəkmə aksiyasında iştirak edib

Mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Qala-Türkan magistral avtomobil yolunun ətrafında salınan yaşıllıq sahəsində ulu öndər Heydər Əliyevin doğum gününə həsr olunmuş ağacəkmə aksiyasında iştirak ediblər.

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev görülən işlərlə bağlı Prezident İlham Əliyevə məlumat verdi.

Dövlətimizin başçısının tapşırıqlarına və tövsiyələrinə uyğun olaraq 2008-2018-ci illərdə ölkənin əsas magistral avtomobil yolları boyunca 4443 hektar sahədə salınan yaşıllıqlarda 5 milyon 436 min müxtəlif növ ağac və kol bitkiləri əkilib. Həmin ağacların əkildiyi sahələr damcılı suvarma sistemi ilə təchiz edilib. Əsasən zeytun, badam, nar, innab, püstə, qoz və fındıq ağaclarının əkilməsinə üstünlük verilib.

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri ərazidə ağac əkdilər.

Ulu öndər Heydər Əliyevin doğum günündə Qala-Türkan magistral avtomobil yolunun ətrafında salınan yaşıllıq massivində Ekologiya və Təbii Sərvətlər Nazirliyi “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” Açıq Səhmdar Cəmiyyətinin tinglik sahələrində kökübağlı şəraitdə yetişdirilən 7 minə yaxın ağac əkildi.

Dövlətimizin başçısı və birinci xanım ağacəkmə aksiyasının iştirakçıları ilə xatirə şəkilləri çəkdirdilər.

Geriyə Çap et


Faydalı keçidlər
Linklər