Logotype

1933-cü ildən çıxır

Xəbərlər

05.05.2018

Ulu Öndərimizin Əziz Xatirəsinə

Mayın 5-də Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayında ümummilli liderин 95 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə alayın komandiri, polis general-mayoru Zaur Abdullayev çıxış edərək bildirib ki, bütün mənalı ömrünü Vətənin tərəqqisinə həsr edən ulu öndərimiz hələ sovet hakimiyyəti dövründən başlayaraq, böyük uzaqgörənliklə dövlət müstəqilliyimiz üçün zəmin hazırlamış, bu gün çoxlarının həsəd apardığı Azərbaycanın böyük iqtisadi, elmi və mədəni potensialını yaratmışdır. Müstəqillik yolunda ilk kövrək addımlarını atarkən xarici və daxili təzyiqlərə məruz qalan milli dövlətçiliyimiz məhz bu dahi şəxsiyyətin müdrikliyinin, fədakarlığının, qətiyyətinin və yenilməz iradəsinin sayəsində xilas olaraq yeni inkişaf dövrünə qədəm qoymuş, müstəqilliyimiz dönməz xarakter almışdır. O, bildirmişdir ki, müstəqilliyin ilk illərində parçalanmaq, məhv olmaq təhlükəsi ilə üz-üzə qalan dövlətimizin xilas edilərək gücləndirilməsi, ordu quruculuğu, ictimai-siyasi vəziyyətin sabitləşməsi, qazanılan sosial-iqtisadi nailiyyətlər hər bir vətəndaş üçün böyük örnək olan ulu öndərimizin adı ilə bağlıdır.

Sonra Bakı Dövlət Universiteti Tarix fakültəsinin professoru Nuru Məmmədov çıxış edərək ümummilli liderin Azərbaycan dövləti və xalqı qarşısındakı əvəzsiz xidmətlərindən danışaraq bildirib ki, ulu öndərin Azərbaycanın tarixində xüsusi yeri var.

Qeyd edilib ki, Heydər Əliyevin 1969-1982-ci illərdə Azərbaycanda rəhbər olduğu dövrdə yaratdığı sosial-iqtisadi, siyasi, mənəvi, psixoloji baza sonrakı dövrdə müstəqillik illərində Azərbaycan xalqı üçün çox böyük əhəmiyyət kəsb etdi. SSRİ-nin dağılması ərəfəsində 15 müttəfiq respublikadan yalnız 3-ü - Rusiya, Ukrayna və Azərbaycan öz daxili imkanları hesabına iqtisadi problemlərini həll etməyə qadir idi. Sovet İttifaqının dağılması ərəfəsində mətbuatda dərc olunan təhlillərdə “Hansı müttəfiq respublika sovetlər ittifaqından ayrılaraq iqtisadi cəhətdən yaşamağa qadirdir?” sualına cavab axtarılarkən onların sırasında Azərbaycanın adı birinci yerdə çəkilmişdi. O, 1982-ci ildə Sovet İttifaqında ali rəhbər vəzifəyə getdiyi zaman Azərbaycan inkişaf etmiş sənaye və kənd təsərrüfatı respublikası kimi tanınırdı. Həmin illərdə çoxlu sayda sənaye müəssisələri yaradılmış, Azərbaycanın ittifaq miqyasında əhəmiyyəti artmış, o cümlədən neft sənayesinin ayrı-ayrı sahələri yenidən qurulmuşdu.

25 il əvvəl - 1993-cü ilin iyununda Azərbaycan xalqı xilaskarı Heydər Əliyevi özünün rəhbəri seçdi.
Уlu öndərin rəhbərliyi altında demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunda uğurlu addımlar atıldı, milli dövlətçilik ənənələrinə, beynəlxalq standartlara əsaslanan islahatlar həyata keçirildi, insan hüquq və azadlıqlarının təminatı sahəsində əsaslı dönüş təmin edildi. Nəticədə isə ulu öndər Heydər Əliyev bütün bəşəri dəyərlərə sahib olan, onun ən ali ənənələrini yaşadan və modern yeniliklərə qovuşduran, yeni dünya düzənində öz layiqli yerini tutan qüdrətli bir dövlət yaratdı!

 

Geriyə Çap et


Faydalı keçidlər
Linklər