Logotype

1933-cü ildən çıxır

Xəbərlər

03.05.2018

Əməkdaşlığı müzakirə etdilər

Aprelin 19-da Dərbənddə Rusiya ilə Azərbaycan arasında sərhəd zonasında daxili işlər orqanlarının qarşılıqlı fəaliyyətinin əlaqələndirilməsi üzrə işçi qrupunun növbəti iclası keçirilib.
Tədbirdə sərhəd ərazilərin daxili işlər orqanlarının, o cümlədən cinayət axtarışı, narkotiklərin dövriyyəsinə nəzarət, mütəşəkkil cinayətkarlığa və ekstremizmə qarşı mübarizə bölmələrinin rəhbərləri sərhəd zonalarda cinayətkarlığın səviyyəsi və təhlükəsizliyin təmini, ekstremizm, terrorizm və transmilli mütəşəkkil cinayətkarlıqla mübarizə sahələrində əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Rusiya tərəfdən işçi qrupunun rəhbəri, Daxili İşlər Nazirliyinin Şimali Qafqaz Federal Dairəsi üzrə Baş İdarəsinin rəisi Sergey Baçurinin və işçi qrupun Azərbaycan tərəfdən həmsədri, Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarışı İdarəsinin rəisi Arzu Daşdəmirovun çıxışları dinlənilib.
İclasda, həmçinin ekstremizm və terrorizm, mütəşəkkil cinayətkarlıqla mübarizə, irimiqyaslı tədbirlərin keçirilməsi zamanı asayişin qorunması və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi və möhkəmləndirilməsinin vacibliyi vurğulanıb.
Tərəflər ətraflı fikir mübadiləsi aparıb, sərhədyanı regionlarda ərazi bölmələri arasında əlaqələrin möhkəmləndirilməsinə dair əlavə tədbirlərin görülməsini qərara alıblar.

Geriyə Çap et


Faydalı keçidlər
Linklər